2015-ci il ən isti il olub

2015-ci-il-en-isti-il-olub
Oxunma sayı: 1692

2015-ci il Yer kürəsində ən isti il olub.

“Qafqazinfo”nun APA-nya istinadən verdiyi məlumata görə, ötən il Yer kürəsində temperatur 2014-cü ildəki göstəricini 0,16 dərəcə üstələyib.

ABŞ mütəxəssisləri bunu əsasən parnik qazları tullantılarının artması ilə əlaqələndirirlər.

“2015-ci il Yer kürəsində uzunmüddətli istiləşmə tendensiyasını davam etdirib”, -NASA-nın kosmik araşdırmalar üzrə Qoddard İnstitutundan bildirilib.