Bu gün Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin fəaliyyəti haqqında hesabat yığıncağı keçirilib.
"Qafqazinfo"ya daxil olan məlumata görə, yığıncaqda Nərimanov Rayon İcra Hakimiyyətinin, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin rəhbərliyi, əməkdaşları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə Nərimanov Rayon İcra Hakimiyyəti başçısı Abdin Fərzəliyev açaraq son bir ildə rayon ərazisində görülən sosial layihələr haqqında qısa məlumat verib. A.Fərzəliyev həmçinin Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı ilə bağlı yeni qəbul olunmuş dövlət proqramında Nərimanov rayonu ilə bağlı nəzərdə tutulmuş tədbirlər barədə geniş məlumat vermiş və Sahə İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərin yaradılmasının əhaliyə daha keyfiyyətli xidmət göstərilməsində əhəmiyyətli rolundan danışıb.
Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Natiq Babayev yığıncaqda hesabatla çıxış edərək qeyd edib ki, nümayəndəliyin ərazisi - 12,25 kv.km, əhalisi isə – 30422 nəfərdir. Ərazidə olan yaşayış evləri və çoxmənzilli yaşayış binalarındakı mənzillər üzrə ev təsərrüfatların sayı 6775-dir.
Ötən ildə nümayəndəliyin ərazisində rayon İcra Hakimiyyəti başçısının 8 səyyar görüş və qəbulları keçirilib. Belə ki, səyyar görüş və qəbulların 2-si müəssisələrdə; müəssisə kollektivi və yaxın ərazilərdə yaşayan sakinlərlə, 4-ü müxtəlif ünvanlarda sakinlərlə, 2-si isə məcburi köçkünlərin kompakt məskunlaşdıqları ərazilərdə keçirilib. Keçirilmiş səyyar görüş və qəbullar zamanı 785 nəfər iştirak edib, 78 müraciət olub.
Yığıncaqda digər çıxış edənlər, ərazidə yerləşən təşkilatların nümayəndələri hesabatla bağlı təklif və fikirlərini bildirib, onları narahat edən mövzular ətrafında müzakirələr aparılıb.

Son xəbərlər
Son Xəbərlər