“2015-də 767 namizəd olubsa, bu il say 1314 idi”

2015-de-767-namized-olubsa-bu-il-say-1314-idi
Oxunma sayı: 777

“Milli Məclisə keçirilən seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına hələlik rəsmi şikayət daxil olmayıb. Ancaq rəsmi şikayət daxil olmasa da, hər hansı hal olan zaman MSK toplanacaq və öz fikrini bildirəcək”.

“Qafqazinfo” xəbər verir ki, bunu MSK sədrinin müavini Rövzət Qasımov jurnalistlərə açıqlamasında deyib. 

O həmçinin əvvəlki seçkilərlə dünən baş tutan seçkiləri də müqayisə edib: “Əgər 2015-ildə keçirilən parlament seçkilərində 767 deputatlığa namizəd olubsa, builki seçkilərdə namizədlərin sayı 1314 nəfərdir. Builki təşviqat kampaniyasında kifayət qədər fərqli mühit mövcud olub. Bütün namizədlər lazımi vasitələrdən təşviqat kampaniyasında istifadə ediblər. Namizədlər tərəfindən bəzən qanunvericilikdə nəzərdə tutulmayan üsullardan da istifadə olunub. 

Biz seçki qanunvericiliyinin ruhunu əsas götürərək namizədlərin sərbəst və rahat şəkildə öz seçiciləri ilə təmasda olmaq, öz ismarışlarını çatdırmaq imkanlarına malik olmalarını bir məqsəd kimi qarşımıza qoymuşduq. Builki parlament seçkiləri həm namizədlərin qeydiyyatı, həm də namizədlərin ismarışlarının seçicilərinə çatdırılması üçün mövcud olan imkanlar baxımından kifayət qədər zəngin seçkilər idi”.

Günel Türksoy