88-ci “Oscar” mükafatlandırma mərasiminə məşhurların qırmızı xalçada nümayiş etdirdikləri geyimlər damğa vurub.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Hollivuddakı Dolby Teatrında baş tutan gecə yerli vaxtla saat 02:00-da baş tutub.
Mərasim başlayan andan məşhurların qırmızı xalçadan keçidi başlayıb.
Jennifer Lawrence, Brie Larson and Cate Blanchett mükafatlandırma mərasiminə gələn ilk məşhurlar olub.

Charlize Theronun isə “Christian Dior”dan olan qırmızı libası və sinə dekoltesi göz qamaşdırıb.

“Ən yaxşı köməkçi aktrisa” mükafatını alan Alicia Vikander qızılı işləməli sarı geyimi ilə iddialı bir libas geyindiyini göstərməyə çalışıb.

Gecəyə “İlin ən yaxşı aktyoru” mükafatına sahib Leonardo Di Kaprio Kate Winsletlə birgə qatılıb. Aktyorun geyimin səliqəsizliyi, Katenin isə sadə bir geyim seçməsi diqqətdən yayınmayıb.

Möhtəşəm mükafatlandırma mərasiminə məşhur pop ifaçı Lady Gaga da qatılıb. “Ən yaxşı film musiqisi” nominasiyası üzrə namizəd olan müğənni Brandon Maxwell imzalı ağ geyimi ilə mələyi xatırladıb.

Pop ulduzun qırmızı xalçada Taylor Kinneylə öpüşməyi fotoqrafların obyektivində əks olunub.

Aktrisa Sofia Vergara isə “Oscar” mərasimində geyimindən çox səmimi gülüşləri ilə yadda qalıb.

Olivia Wilde isə “Valentino Haute Couture”yə məxsus ağ geyimi ilə fotoqraflara poza verib.

Jennifer Garner “Versage”dən olan qara geyiminə bahalı aksessuarları ilə rəng qatmağa çalışıb.

Heidi Klum isə Marchesa imzalı geyimi ilə qırmızı xalçaya bahar təravəti gətirib.

Margot Robbie və Saoirse Ronanin “Klavin Klein”dən olan geyimi tənqid olunub. Dəb məsləhətçiləri bu geyimlərin dəbdən çox uzaq qaldığını bildiriblər.

Rooney Maranın ağ və işləməli geyimi isə qırmızı xalçaya fərqli bir dəbdəbə gətirib.

"Qafqazinfo" mükafatlandırma mərasimində məşhurların dəbdəbəli geyimlərini təqdim edir:















Son xəbərlər
Son Xəbərlər