2019-cu ilin ən çox ziyarət olunan ölkələri açıqlandı

2019-cu ilin ən çox ziyarət olunan ölkələri açıqlandı
Oxunma sayı: 1385

BMT-nin Ümumdünya Turizm Təşkilatı 2019-cu ilin ən çox ziyarət olunan ölkələrini açıqlayıb. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “MİR 24” telekanalı xəbər verib.

Birinci yerdə Fransa qərarlaşıb. Ötən il həmin ölkəyə 82,7 milyon turist gedib. Siyahının ikincisi ABŞ olub. Bu ölkəyə səfər edən turistlərin sayı isə 76,4 milyon olub.

Üçüncü yerdə İspaniya (75,3 milyon) yer alıb. İlk beşliyə, həmçinin, Çin (59,3 milyon) və İtaliya (52,4 milyon) daxil olublar. İlk onluğu isə Türkiyə tamamlayıb. Orada 30,3 milyon insan istirahət edib.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi