Yeni il bir sıra ailələr üçün ikiqat sevincə səbəb olub. “Qafqazinfo” xəbər verir ki, bu sevincin mənbəyi isə 2019-cu ilin ilk saatlarında dünyaya göz açan körpələrdir.
Belə ki, Yeni ilin ilk körpəsini 29 yaşlı Günay Zöhrabova dünyaya gətirib. Körpə 1 yanvar tarixində saat 16:38-də dünyaya göz açıb. 2019-cu ilin ilk körpəsi oğlan olub, ilk qız övladı isə yanvarın 1-i saat 23:43-də dünyaya göz açıb.
Son xəbərlər
Son Xəbərlər