2020-ci ildə səyahət etmək üçün ən yaxşı yerlər açıqlandı

2020-ci ildə səyahət etmək üçün ən yaxşı yerlər açıqlandı
Oxunma sayı: 1739

Efiopiyanın paytaxtı Əddis-Əbəbə 2020-ci ildə səyahət etmək üçün ən yaxşı yerlərin siyahısında birinci yeri tutub. “Qafqazinfo”nun məlumatına görə, müvafiq siyahını “Travel and Leisure” portalı dərc edib.

“Lenta.ru” yazır ki, səyahətçilərə, xüsusilə, keçmiş imperator iqamətgahı – Menekila sarayını və Müasir İncəsənət Mərkəzini, eləcə də yerli hava limanını ziyarət etməyi təklif edirlər.

İkinci yerdə - Perunun qədim Arekipa şəhəridir, harada ki, Müqəddəs Avqustinin kilsəsinin yanında yerləşən unikal qonaq evində qalmaq olar. Oradan üç vulkan – Çaçani, Misti və Piçu-Piçu görünür.

Siyahının üçüncüsü ABŞ-ın Şimali Karolina ştatında yerləşən Eşvill şəhəri olub. Burada yaşayanlar arasında küçə rəssamları, musiqiçilər və restoran biznesi sahəsində çalışan sahibkarlar üstünlük təşkil edir, eləcə də “Çau-çay” kulinariya festivalı keçirilir.

Bundan başqa, ilk onluqda Avstriyanın şəhərləri, Meksikanın Cənubi Aşağı Kaliforniya ştatı, Barbados, Pekin, Havay, Botsvana və Boston yer alıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi