Mingəçevirdə qadın 7 il sonra ilk əkiz oğlan uşağı dünyaya gətirib.
"Qafqazinfo" xəbər verir ki, təqvim ili yenilənən kimi Mingəçevirdə 5 oğlan uşağı dünyaya gəlib. Şəhər xəstəxanasının doğum şöbəsində dünyaya gələnlərdən 2-si əkiz olub. Şəhər sakini Günay Mikayılova 7 il sonra əkiz oğlan uşağı dünyaya gətirib. Ana sevincli olduğunu bayram günü ailələrinə 2- qat sevinc bəxş olunduğunu bildirib.
Mingəçevir şəhər xəstəxanasının doğum şöbəsindən verilən məlumata görə, dünyaya gələn uşaqların və anaların hər birinin vəziyyəti normaldır.
Elmar Əli

Son xəbərlər
Son Xəbərlər