2022-ci ilin ən son nəsil prosessorlu, yeni komponentli gaming laptopları Bakıda!

2022-ci-ilin-en-son-nesil-prosessorlu-yeni-komponentli-gaming-laptoplari-bakida
Oxunma sayı: 1473

2022-ci ilin əvvəlində Las Veqasda keçirilən CES 2022 beynəlxalq sərgidə bütün gaming noutbuklar ən yeni nəsil Intel, Ryzen və NVIDIA komponentlərlə izləyicilərə təqdim olundu. CES sərgilərdə hər zaman olduğu kimi, bu dəfə də 2022-ci ilin əvvəllərində satışa çıxacaq bütün yeni gaming laptopların Intel 12-ci nəsil H və ya AMD Ryzen 6000 H seriyalı prosessorla və NVIDIA’nın yeni RTX 3070 Ti və ya RTX 3080 Ti video kartlarla olacağı elan edildi. Yeniliklərdən önəmli olan isə yeni modellərin əksəriyyətində RAM DDR5 - 4800MHz’dır.

Həmin sərgidə hər zaman yenilikləri ilə gamerləri sevindirən ASUS şirkəti yeni modelləri həmişəki kimi ən yeni prosessor və videokartlarla təqdim edəcəyini bildirdi. Qeyd olunan ən son nəsil prosessorla və komponentlərlə təchiz olunan modellər ASUS TUF Gaming F15 FX507ROG Strix G15 G513ROG Scar 15 G533 modelləri, ilk gaming planşet olan ROG FLOW Z13 GZ301 modeli və əlbəttə ki, ASUS’un ən möhtəşəm məhsulu hesab olunan ROG Zephyrus Duo 16 GX650 kimi seçilən məhsullardır.

Modellərlə daha ətraflı tanış olmaq üçün bu linkə daxil olaraq, baxa bilərsiniz:

https://aztech.az/product-category/noutbuklarin-satishi-kompyuterlerin-satisi/gaming_az/

“Azerbaijan Technologies" şirkətinə məxsus ASUS Brand Store'da sözügedən modellər hal-hazırda satışdadır. Qeyd etmək istərdik ki, ASUS Brand Store Qafqazda, Orta Asiya və Yaxın Şərqdə ASUS’un yeganə rəsmi satış nöqtəsidir. Şəhərimizin ən gözəl və fərqli mağazalarından olan Brand Store daima ən yeni innovativ modellər və münasib qiymətləri ilə müştərilərini sevindirir.