2024-cü il Olimpiya Oyunlarının keçiriləcəyi şəhər dəqiqləşdi

2024-cu-il-olimpiya-oyunlarinin-kecirileceyi-seher-deqiqlesdi
Oxunma sayı: 782

 2024-cü il Olimpiya Oyunlarının Parisdə keçirilməsi dəqiqləşib.

“Qafqazinfo” xəbər verir ki, buna digər namizəd şəhər Los Ancelesin müraciəti səbəb olub.

Los Ancelesin Olimpiya və Paralimpiya Namizəd Komitəsi daha uzunmüddətli planları olduğunu əsas gətirərək təşkilatçılığı 2028-ci ildə etmək istəyiblər. Buna görə də  ev sahibliyi üçün namizəd yalnız Paris qalıb.
 
Qeyd edək ki, Olimpiada-2024-ün ev sahibi bu il sentyabrın 13-də BOK-un Limadakı sessiyasında rəsmi elan olunacaq.