2024 və 2028-ci il olimpiadaları bu şəhərlərdə keçiriləcək

2024-ve-2028-ci-il-olimpiadalari-bu-seherlerde-kecirilecek
Oxunma sayı: 978

Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2028-ci il Yay Olimpiya Oyunlarının ABŞ-ın Los-Anceles şəhərində keçirilməsini təklif edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, BOK-un pezidenti Tomas Bax qurumun sentyabrın 13-də keçiriləcək sessiyasında rəsmi müqavilənin imzalanacağını açıqlayıb.

Sessiya Perunun paytaxtı Limada baş tutacaq.

BOK Los-Anceles Olimpiya Komitəsinə 2028-ci ilə qədər hazırlıq mərhələsində 1,8 milyard maliyyə də ayıracaq.

Qeyd edək ki, 2024-cü il Yay Olimpiya Oyunlarını keçirmək üçün son iki namizəd Paris və Los-Anceles şəhərləri qalmışdı. BOK bu iki şəhərə 2024 və 2028-ci il olimpiadalarını öz aralarında müəyyənləşdirməyi təklif etmişdi.

Beləliklə, 2024-cü il olimpiadasının da Fransanın paytaxtı Parisdə keçiriləcəyi dəqiqləşib.