Azərbaycandan sığınacaq almaq üçün 209 nəfər xarici ölkə vətəndaşı müraciət edib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə Dövlət Mirasiya Xidmətinin rəisi Frudin Nəbiyev məlumat verib. O bildirib ki, 2016-cı ildə “qaçqın” statusu almaq niyyətində olan 95 əcnəbi (ailə üzvləri ilə birlikdə 209 nəfər) Dövlət Miqrasiya Xidmətinə müraciət edib. Hazırda üçüncü ölkə vətəndaşlarından qaçqın statusu almış 73 nəfər Dövlət Miqrasiya Xidmətində qeydiyyatdadır. Avropa İttifaqı ilə ölkəmiz arasında imzalanmış Readmissiya Sazişi çərçivəsində 2016-cı ildə Dövlət Miqrasiya Xidmətinə göndərilmiş bildirişlər əsasında Azərbaycan Respublikasının vətəndaşlığına mənsub olması müəyyənləşdirilmiş 120 şəxsin readmissiyası həyata keçirilib.
Son xəbərlər
Son Xəbərlər