“21-ci əsrdə suyun qrafiklə verilməsi nə dərəcədə düzgündür?”

21-ci-esrde-suyun-qrafikle-verilmesi-ne-derecede-duzgundur
Oxunma sayı: 1336

“Bakıda yeni tikilən binalara su onların həyətində MTK-lar tərəfindən tikilmiş çən vasitəsilə verilir. Həmin çənlər neçə vaxtdan bir təmizlənir, buna nəzarət və cərimə mexanizmi varmı?”

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri deputat Jalə Əliyeva Milli Məclisdə keçirilən ictimai dinləmədə bildirib.

“Təəssüf ki, bu evlərə krandan su ilə birgə daş, qum və mənşəyi məlum olmayan parçalar axıdılır”, - deyə deputat vurğulayıb.

***
Millət vəkili Azay Quliyev isə qeyd edib ki, 7-ci mikrorayondan 10-dan çox binada kanalizasiya xətləri işləmir: “30-40 il əvvəl yaradılan bu xətlər yüklənməyə tab gətirmir”.
 
“Bakının digər ərazilərində zirzəmilərdən keçən xətlər yararsız haldadır. Yayda, ümumiyyətlə, durum çətinləşir. Bu problem nə vaxt həllini tapacaq? Bundan əlavə, Bakının bir çox ərazisində su qrafiklə verilir. 21-ci əsrdə bu nə dərəcədə düzgündür?

Binaların həyətlərində uzun illərlə əkilib, becərilmiş ağaclar var. Onların sulanması necə olsun? Sakinlər deyir, buna görə gətirib sayğac qoyurlar. Yaşıllıq axı bizim üçün önəmlidir. Bu məsələyə aydınlıq gətirilməlidir”, - deputat vurğulayıb.

Zaur Mirzə