““21 dekabr”a görə nə qədər termos, şam almışdım”

21-dekabra-gore-ne-qeder-termos-sam-almisdim
Oxunma sayı: 649

Bu barədə axşam.az-a açıqlama verən Fatimə həmin gün bütün işlərini təxirə saldığını deyib:

“21 dekabra məndən çox hazırlaşan olmamışdı: nə qədər termos, şam almışdım. Evdəkilər deyirdi ki, 21 dekabr keçdikdən sonra bu termosları qarşına qoyub sənə güləcəyik. Elə o cür də etdilər. Həmin gün o qədər qorxurdum ki, təzyiqim qalxmışdı, əsirdim. Bir gün əvvəl gecə halım pisləşdi, təcili yardım çağırdılar. Həkimlərə dedim ki, mənə iynə vurun yatım, dünyanın necə dağılacağını görməyim. Amma şükür ki, heç nə olmadı”.

Rəqqasə bu yaxınlarda tamaşaçıların qarşısına yeni layihələrlə gələcəyini bildirib: “Çox möhtəşəm yenilik edəcəm. Tamaşaçılar məni tam fərqli ampulada görəcəklər. Yeni bir klip çəkdirməyə hazırlaşıram. 2013-cü ildə hamını fərqli layihələrlə təəccübləndirəcəm”.