21 günlük körpə sarılıqdan öldü

21-gunluk-korpe-sariliqdan-oldu
Oxunma sayı: 1885

Azərbaycanda yeni doğulan körpə ölüb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, aprelin 19-da Gəncə Perinatal Mərkəzində doğulmuş Babayev Sirac Elnur oğlu anası ilə birlikdə evə buraxılıb. Lakin sonradan uşağın səhhətində problem yaranıb. 

Mayın 9-da ailəsi körpəni Gəncə şəhəri 2 saylı Uşaq Poliklinikasına yerləşdirib. S.Babayevə “dəqiqləşdirilməmiş mental sarılıq” diaqnozu qoyulub. O, müalicə olunduğu xəstəxanada vəfat edib.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.

Murad Əhməd