21 günlük transfer

21-gunluk-transfer
Oxunma sayı: 1904

21 gün əvvəl İtaliyanın "Atalanta" klubu ilə müqavilə imzalayan slovakiyalı müdafiəçi Martin Şkrtel komandadan ayrılıb.

"Qafqazinfo" "La Gazetta dello Sport"a istinadən xəbər verir ki, Berqamo təmsilçisi 34 yaşlı futbolçunun müqaviləsini qarşılıqlı razılaşma ilə ləğv edib. Təcrübəli futbolçunun fiziki cəhətdən hazırlığı məşqçilər korpusunu qane etmədiyi üçün belə addım atılıb.

"Atalanta" "Fənərbağça" ilə müqaviləsi bitən futbolçu ilə 1 illik müqavilə imzalamışdı. Şkrtel yeni klubunda debüt etməyib.