21 il çox yaşamaq üçün...

21-il-cox-yasamaq-ucun
Oxunma sayı: 3820

Amerika Qidalanma Cəmiyyətinin mütəxəssisləri uzunömürlülüklə bağlı maraqlı araşdırma aparıb.

“Qafqazinfo” xəbər verir ki, tədqiqata 700 mindən çox insan cəlb edlib.

Araşdırmanın nəticəsinə görə, ömrü 21-24 il uzadan 8 vərdiş mövcuddur. Belə ki, bu vərdişin hamısına sahib olan kişilər orta hesabla 24 il, qadınlar isə 21 il daha çox yaşayırlar.

- fiziki aktivli;

- ağrıkəsici dərmanlara aludə olmamaq;

- siqaret çəkməmək;

- stressi effektiv idarə etmək;

- sağlam qidalanma;

- müntəzəm içki içməmək;

- yaxşı yuxu rejiminə riayət etmək;

- müsbət sosial münasibətlər 

Bu vərdişlərə malik olmayan insanlarda isə ölüm riskinin 30-45 faiz çox olduğu bildirilib.