21 il əvvəl ərini öldürdüyünü dedi, basdırdığı yeri göstərdi

21-il-evvel-erini-oldurduyunu-dedi-basdirdigi-yeri-gosterdi
Oxunma sayı: 3664

Azərbaycanda 21 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə DİN və Baş Prokurorluq birgə məlumat yayıb.

Belə ki, Naxçıvan MR Prokurorluğu, DİN, eləcə də Kəngərli rayon prokurorluğu və rayon polis şöbəsininkeçirdiyi tədbirlərə qeyri-aşkar şəraitdə törədilmiş daha bir qəsdən adam öldürmə cinayətinin üstü açılıb.

Həyata keçirilmiş tədbirlər nəticəsində Kəngərli rayonunun Qaradağlar kənd sakini 1961-ci il təvəllüdlü Həlimə Kərimovanın 2003-cü ilin yaz aylarında ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı əri 1958-ci il təvəllüdlü Məhəmməd Kərimovun baş nahiyəsindən daşla zərbələr endirərək  qəsdən öldürməsi və yaşadığı evin həyətindəki su quyusunda basdırmasına əsaslı şübhələr müəyyən olunub.

Həlimə Kərimovanın göstərdiyi yerdə prokuror-kriminalist və tibb sahəsində ekspertin iştirakı ilə aparılan qazıntı işləri nəticəsində insana məxsus sümük fraqmentləri aşkar edilərək müvafiq qaydada götürülüb və laborator müayinələrin, o cümlədən ekspert tədqiqatının aparılması üçün təqdim edilib.

Xəbəri rus dilində oxuyun: Сестры Айгюн Бейляр перепели “Tut ağacım” - ВИДЕО

Faktla bağlı Kəngərli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.