21 il sonra... - Brilliant Dadaşovadan “De ki...”

21-il-sonra-
Oxunma sayı: 1121


 Aygün Səmədzadənin 21 il öncə yazıb müğənniyə təqdim etdiyi musiqi uzun aradan sonra nəhayət ki, ərsəyə gəlib. 

Digər maraqlı məqam isə bu musiqinin Aygün Səmədzadənin ilk bəstəsi olması olub. Bəstəkar Aygün Səmədzadə xalq artisti Brilliant Dadaşova ilə birgə əməkdaşlığından danışıb:

“Bu mənim yaradıcılığa başladığımda yazdığım ilk mahnı idi. Və o zaman ilk olaraq Brilliant xanıma təqdim etmişdim. Ümumiyyətlə mənim həmişə istəyim olub ki, mahnılarımı iki ifaçı oxusun. Biri Akif İslamzadə, digəri Brilliant Dadaşovadır. Hətta mənim bəstələdiyim digər müğənnilərin ifa etdiyi mahnılarımın ilkin versiyaları Brilliant xanımgildə var. Bir çox mahnılar məhz onun üçün nəzərdə tutulmuşdu. Amma qismət elə oldu ki, 21 ildən sonra ilk birgə işimizi ərsəyə gətirdik. Amma bu ilk birgə işimiz olsa da, hər ikimiz bu yaradıcılıq tandeminin davamlı olacağını düşünürük”.

Könül 

“Qafqazinfo”