21 ildən sonra...

21-ilden-sonra
Oxunma sayı: 1377


“Qafqazinfo” xəbər verir ki, turun ən maraqlı və həlledici görüşü “Qarabağ”la “İnter” arasında oynanılacaq. 69 xalla lider olan “Qarabağ” bu gün qalib gələ bilsə, 21 ildən sonra çempionluq sevinci yaşayacaq. Bu mövsüm çox güclü təsir bağışlayan, böyük hesablı qələbələr əldə edən Ağdam təmsilçisi çempionata məntiqi sonluq vermək üçün 3 xala ehtiyac duyur. Qazanılacaq 3 xal Premyer Liqanın başa çatmasına iki tur qalmış bütün suallara aydınlıq gətirəcək. Bu turun proqramı belədir.

7 may

Saat 17:00. “Qəbələ” – “Bakı”

İlk 3 dövrədəki oyunlar – 2:1, 2:0, 1:1

Qəbələ şəhər stadionu

 Saat 18:00. “Rəvan” – “Simurq”

 “Bayıl Arena” stadionu

 Saat 18:00. AZAL – “Neftçi”

 “AZAL Arena” stadionu

 Saat 18:00. “Xəzər Lənkəran” – “Sumqayıt”

Hakimlər: Vüsal Əliyev, Cavanşir Yusifov, Rahil Ramazanov, Xəlil Hüseynli

“Xəzər Lənkəran” mərkəzi stadionu

 Saat 19:00. “Qarabağ” – “İnter”

Tofiq Bəhramov adına Respublika stadionu /apasport/


İqbal