21 ilin dostları dalaşdı

21-ilin-dostlari-dalasdi
Oxunma sayı: 1394


“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ortaç "Ebru həyatdan zövq alacaq günlər yaşamır. Mikrofon tutsalar, gecəsi zəhərə dönəcək” deyərək Gündeşi toyuna çağırmayıb. 

Ebru Gündeş isə toy axşamı bir yaxınına "Serdar ilə 1993-cü ildə tanış olduq. Çətin gün dostu idi. Mən onu həbsxanaya girəndə heç tək qoymadım. Həyat yoldaşım Rza həbsdəykən məni çox axtardığını söyləyib. İstəsəydi mənlə bir yolla əlaqə saxlayardı.  Gəlmədi, axtarmadı. Toya da çağırmadı. Dostluğumuz artıq bitdi” deyərək incikliyini dilə gətirib. 

Qeyd edək ki, Serdar Ortaç 1999-cu ildə “Əsgərlikdən xilas olmaq üçün hiylə işlətmək” maddəsi ilə  54 gün Mamak həbsxanasında yatıb. Bu müddət ərzində Ebru Gündeş Serdar Ortaçı dəfələrlə ziyarət edib. Serdar Ortaç həbsxanadan çıxdıqdan sonra "Bu qara günlərdə yanımda olan tək adam Ebruydu. Dostumun mənə verdiyi mənəvi dəstəyi həyatımın sonuna qədər unutmayacağam”-, deyə bildirmişdi.