21 pişiyi öldürənə 16 il həbs cəzası verildi

21-pisiyi-oldurene-16-il-hebs-cezasi-verildi
Oxunma sayı: 899

ABŞ-ın Kaliforniya ştatında pişikləri qənim kəsilən Robert Roy Farmer adlı şəxsin məhkəməsi keçirilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Santa-Klara məhkəməsi 21 pişiyi öldürən 26 yaşlı şəxsə 16 il həbs cəzası verib.

Hadisə 2015-ci ilin sentyabrında baş verib. Kambria parkı ətrafında pişik cəsədləri aşkarlanıb.

Uzun axtarışlardan hadisəni törədənin Farmer olduğu müəyyən edilib. O, 8 oktyabrda avtomobildə yatarkən tapılıb. Onun yanında bıçaq və pişik cəsədi də aşkarlanıb.

Həbs edilən Farmer etdiyi əməlləri etiraf edib və 21 pişiyi öldürdüyünü deyib.