Şəhər sakini 21 yaşlı İlqar Ağayev bıçaq xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib.
“Qafqazinfo”nun Kəpəz TV-yə istinadən məlumatına görə, yaralı dərhal əməliyyat otağına götürülüb. Hazırda reanimasiya şöbəsinə yerləşdirilən gəncin vəziyyəti orta ağır kimi qiymətləndirilir.
İlqar Ağayevin kim tərəfindən bıçaqlanması hələlik məlum deyil.
Polis bu istiqamətdə araşdırmalarını davam etdirir.
Son xəbərlər
Son Xəbərlər