21 yaşlı gənc göldə boğuldu

21-yasli-genc-golde-boguldu
Oxunma sayı: 1352

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qusar rayonu, Minaxuc kəndi ərazisində yerlaşən süni göldə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 75 km aralıda nəzarətsiz ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub.

Qafqazinfo”nun məlumatına görə, dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və 1995-ci il təvəllüdlü, Həsənov Abdulkərim İlham oğlunun cəsədi batdığı yerdən tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 16:08-də başa çatıb.