"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə Y. Dadaşov 18 il müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, qətl keçən il oktyabr 25-də Maştağa qəsəbəsi, Savalan yeni yaşayış massivində “Göl” deyilən ərazidə qeydə alınıb. Lənkəran şəhərində anadan olan 18 yaşlı Asim Bünyatov dostu 20 yaşlı Yarəli Dadaşovla birlikdə şəxsi münasibətlər zəminində tanışı Gədəbəy rayon sakini 22 yaşlı Röyal Səfərovu qətlə yetirib. Tanışlar arasında münasibətlərin pozulmasına pul səbəb olub.
Onu da qeyd edək ki, Asim Bünyatov istintaq dövründə öldüyü üçün onunla bağlı işə xitam verilib.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər