“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən iclasda prokuror məhkəmədən Yarəli Dadaşovun 19 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Növbəti məhkəmə iclası iyunun 1-ə təyin edilib.
Qeyd edək ki, qətl keçən il oktyabr 25-də Maştağa qəsəbəsi, Savalan yeni yaşayış massivində “Göl” deyilən ərazidə qeydə alınıb. Lənkəran şəhərində anadan olan 18 yaşlı Asim Bünyatov dostu 20 yaşlı Yarəli Dadaşovla birlikdə şəxsi münasibətlər zənində tanışı Gədəbəy rayon sakini 22 yaşlı Röyal Səfərovu qətlə yetirib. Tanışlar arasında münasibətlərin pozulmasına pul səbəb olub.
Onu da qeyd edək ki, Asim Bünyatov istintaq dövründə öldüyü üçün onunla bağlı işə xitam verilib.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər