21 yaşlı oğlana hökm oxundu - 7 il

21-yasli-oglana-hokm-oxundu
Oxunma sayı: 1645

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində zorlamada təqsirləndirilən 1995-ci ilə təvəllüdlü Emin Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə E.Hacıyev 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, E.Hacıyev Cinayət Məcəlləsinin 150-ci (seksual xarakterli zorakılıq hərəkətlıri etmə) maddəsi ilə ittiham olunub.

Murad Əhməd