DİN dünən Gəncə şəhərində baş verən qətllə bağlı məlumat yayıb.
“Qafqazinfo”ya verilən məlumata görə, mayın 9-da Gəncə şəhərində şəhər sakini, 21 yaşlı Müstəcəf Əliyevlə həmyerliləri Həsən Qurbanov və Zaur Haqverdiyev arasında münaqişə baş verib. Bu zamanı H.Qurbanov bıçaqla M.Əliyevə xəsarət yetirib. Xəstəxanaya yerləşdirilən M.Əliyev orada ölüb.
Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində H.Qurbanov və Z.Haqverdiyev tutulub.
Son xəbərlər
Son Xəbərlər