21 yaşlı piyada qəzada öldü

21-yasli-piyada-qezada-oldu
Oxunma sayı: 1335

Saatlıda avtomobil piyadanı vuraraq öldürüb.

“Qafqazinfo”nun məlumatına görə, rayonun Bəylər kənd sakini, 2000-ci il təvəllüdlü Ədilov Vüqar İlqar oğlu Potubəyli kəndi ərazisində yolu keçmək istəyən zaman "Mercedes" markalı minik avtomobili onu vurub. Ağır xəsarətlər alan V.Ədilov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli