21 yaşlı qadın pomidor turşusundan zəhərləndi

21-yasli-qadin-pomidor-tursusundan-zeherlendi
Oxunma sayı: 776

Tovuzda zəhərlənmə olub.
 
“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, rayonun Hacıalı kənd sakini, 1996-cı il təvəllüdlü Nəbili Çinarə Asif qızı zəhərlənmə əlaməti ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib.

Vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə, qadın pomidor turşusu yeyəndən sonra zəhərlənib.