Gəncədə avtomobil oğurluğu ilə məşğul olan cinayətkar dəstə tutulub. "Qafqazinfo" Kəpəz TV-yə istinadən xəbər verir ki, şəhər sakini, 35 yaşlı Xəyal Məmmədov, əslən Goranboy rayonundan olan, Gəncə şəhərində avtomobil çilingəri işləyən 56 yaşlı Həsən Məmmədov və onun 21 yaşlı oğlu Elşən qabaqcadan əlbir olaraq şəhərin müxtəlif ərazilərindən maşınları oğurlayıb, xüsusi üsulla hissələrə ayıraraq satıblar. Avtomobilləri Xəyal Məmmədov oğurlayıb, hissələrə ayıraraq satışını isə “sənətkarlar” - ata və oğul həyata keçiriblər. Dəstə üzvləri istintaqa oğurluqda istifadə etdikləri üsulları açıqlamaqdan imtina etməyiblər.
Tutduğu əməldən peşman olan daha bir şəxs Şəmkir sakini Həcər Muradovadır. 21 yaşlı gənc Gəncə sakini Səmayə Məmmədovanın müraciəti əsasında saxlanılıb. Mayın 15-də polisə ərizə ilə müraciət edən Məmmədova yaşadığı mənzildən ona məxsus külli miqdarda qızıl-zinət əşyalarının oğurlandığını bildirib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, ailənin yaxın qohumu Həcər Muradova maddi sübutla birlikdə Bakı şəhərində saxlanılıb.
Həcər Muradova yaxın qohumuna naxələf çıxmasını ehtiyacla əlaqələndirib.
Hər iki faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində cinayət işi açılıb, araşdırmalar aparılır.
Son xəbərlər
Son Xəbərlər