21 yaşlı qızın meyiti evində tapıldı

21-yasli-qizin-meyiti-evinde-tapildi
Oxunma sayı: 3901

Ağdamda mənzildə meyit tapılıb.

“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, hadisə rayonun Yuxarı Yüzbaşlı kəndində qeydə alınıb. Kənd sakini, 1995-ci il təvəllüdlü Əliyeva Pəri Məzahir qızının meyiti ailəsi tərəfindən hamamda aşkarlanıb. Hadisə yerinə təcili tibbi yardım çağırılıb.

Hadisənin hansı səbəbdən baş verdiyi bilinmir. Faktla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Hazırda araşdırma aparılır.