21,795 müəllimin ərizəsi qəbul olunub

21795-muellimin-erizesi-qebul-olunub
Oxunma sayı: 859


Müsabiqəyə müraciət edənlərin böyük əksəriyyəti ibtidai sinif müəllimləri olub. Elektron ərizə verənlərin fənlər üzrə statistikası aşağıdakı kimidir: ibtidai sinif – 6,440 nəfər (29.54%), Azərbaycan dili və ədəbiyyat – 2,971 nəfər (13.63%), ingilis dili – 2,354 nəfər (10.80%), riyaziyyat 1,916 nəfər (8.79%), tarix – 1,260 nəfər (5.78%), informatika – 1,152 nəfər (5.28%), fiziki tərbiyə - 974 nəfər (4.46%), coğrafiya - 954 nəfər (4.37%), biologiya - 804 nəfər (3.68%), fizika - 778 nəfər (3.56%), kimya - 665 nəfər (3,05%), texnologiya - 475 nəfər (2.17%), təsviri incəsənət - 289 nəfər (1.32%), musiqi - 211 nəfər (0.96%), rus dili - 180 nəfər (0.82%), rus dili və ədəbiyyatı - 151 nəfər (0.69%), fransız dili - 118 nəfər (0.54%), alman dili - 103 nəfər (0.47%).

Namizədlər tərəfindən ən çox seçilən vakant yerlər aşağıdakı rayonlar (şəhərlər) üzrədir: Bakı şəhəri - 351 yer (10.14%), Cəlilabad rayonu - 202 yer (5.83%), Laçın rayonu - 180 yer (5.20%), Quba rayonu - 172 yer (4.96%), Lerik rayonu - 165 yer (4.76%).

Elektron ərizəsi təsdiq olunanların böyük əksəriyyəti 35 yaşadək gənclər (19,911 nəfər, 91.36%) olub. Namizədlərin 1,661 nəfəri (7.62%) 35-50 yaş, 223 nəfəri (1.02%) 50-65 yaş aralığında olmuşdur.

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları 21-29 iyul 2015-ci il tarixlərdə aparılacaqr. İmtahanlar Azərbaycan Dövlət İqtisad Universitetinin 2-ci tədris binasında (AZ1072, Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsi 135) keçiriləcək.