Devid və Viktoriya Bekhemlərin kiçik oğlu Kruz ilk dəfə jurnal üçün kamera qarşısına keçib.
“Qafqazinfo” xəbər verir ki, “i-D” nəşri üçün çəkilən fotosessiyada Kruz “Balenciaga”, “Loewe” və “Willy Chavarria” brendlərinin geyimlərində pozalar verib.
Lakin sosial şəbəkə istifadəçilərinin diqqətini daha çox jurnalın üz qabığı çəkib – Kruz atasının 2000-ci ildə etdiyi fotosessiyasındakı obrazını təkrarlayıb. O vaxt İngiltərə yığmasının keçmiş yarımmüdafiəçisi “Home Magazine”in üz qabığında analoji geyim və pozada yer almışdı.

Kruz Bekhem “i-D” jurnalının üz qabığında (2022-ci il)

Devid Bekhem “Home Magazine” jurnalının üz qabığında (2000-ci il)
Fotosessiya ilə yanaşı, nəşrin səhifələrində Kruzun gələcək planları ilə bağlı müsahibəsi də yer alıb. O, jurnalın müxbiri ilə söhbətində valideynlərinin onun gələcək karyerasına təsirindən danışıb: məktəbi bitirdikdən sonra o, anasının yolunu davam etdirməyi və ciddi şəkildə musiqi karyerası ilə məşğul olmaq istəyir.
Kruz xatırlayır ki, hələ uşaq ikən “Spice Girls”un böyük pərəstişkarı idi, günlərin bir günü isə hətta onlarla bir səhnəyə çıxmışdı. Bu, 2008-ci ildə, Kruzun 3 yaşı olarkən baş vermişdi. Onun anası Viktoriya o vaxt verdiyi açıqlamasında həmin an qrupun ikinci plana keçdiyini qeyd etmişdi.
Valideynləri Kruzun avtomobildə Beyonsenin mahnısını onunla bərabər ifa etdiyini və yüksək notlar götürdüyünü eşidəndən sonra musiqi karyerasına başlamaq qərarını dəstəkləyir.
“Mən çox balaca idim. Mənim səsim hələ inkişaf etməmişdi, ona görə də yüksəkdən ifa edə bilmirdim”, - Kruz xatırlayır.

Daha əvvəl Kruz özünü futbolda da sınamağı çatdırıb və uğurlu da alınıb. Onu “Arsenal” futbol klubuna dəvət ediblər, lakin musiqiyə olan sevgi daha güclü olub.
“İlk dəfə studiyada mahnı yazanda 11 yaşım var idi. Anamın məni studiyaya, Rodni Cerkinsin (Maykl Cekson, Spice Girls və Ledi Qaqa ilə çalışmış musiqi prodüseri-red.) yanına necə gətirdiyini və həyatımda ilk dəfə mahnı yazdırmağı xatırlayıram”, - Kruz danışıb.





Son xəbərlər
Son Xəbərlər