2,2 milyon bilet satılıb - - Braziliya-2014

22-milyon-bilet-satilib-
Oxunma sayı: 807


Bu oyunlar arasında Almaniya, İtaliya, Fransa yığmalarının oyunları da var.

FİFA bildirir ki, indiyə qədər 2 milyon 900 min bilet satılıb.

Ən yaxşı oyunlara da hələ də bilet almaq olar, ancaq bunlar ən bahalı biletlərdir.  

FİFA-ya bilet üçün ümumilikdə 11 milyon müraciət olunub. 2,2 milyon bilet birbaşa FİFA.com saytı vasitəsilə satılıb. Biletlərin 60 faizi braziliyalılara çatıb.

Vətəndaşları ən çox bilet alan ikinci ölkə ABŞ-dır- 197 min.

İyunun 12-də Dünya Kubokunun açılış oyunu olan Braziliya-Xorvatiya oyununa 61 min biletdən cəmi 25 mini adi qaydada satışa çıxarılıb, 36 min bilet sponsorlara və yerli təşkilatçılara verilib və onlar öz bildikləri kimi bu biletləri paylayıblar (azadliq.org).