22 şagirdi bir otağa yığaraq dərs keçən repetitor aşkarlandı

22-sagirdi-bir-otaga-yigaraq-ders-kecen-repetitor-askarlandi
Oxunma sayı: 2067

Siyəzəndə repetitor xidməti ilə məşğul olan şəxsin karantin qaydalarını pozması aşkar olunub. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, polis əməkdaşları rayon ərazisində xidmət aparan zaman Vüqar Abdullayevin 22 nəfər şagirdlə bir otaqda dərs keçməsi müəyyən edilib.

V.Abdullayevin törətdiyi qanunazidd hərəkətin qarşısı alınıb, yeniyetmələr isə ailələrinə təhvil verilərək, valideynlərə övladlarının səhhəti ilə bağlı münasibətdə məsuliyyətli olmağı, sanitar-karantin rejiminin tələblərinin yerinə yetirilməsi barədə xəbərdarlıq edilib.

V.Abdullayev barədə Siyəzən RPŞ-də qanunamüvafiq tədbir görülüb.