“22 yaşından çəkirəm” – - Bayram Kürdəxanlı + Video

22-yasindan-cekirem-
Oxunma sayı: 5946


“Qafqazinfo” xəbər verir ki, onun üzərinə baxış kecirilərkən şəxsi istehlak miqdarından artıq tiryək aşkarlanıb. Saxlanılan şəxs tanışının ad günü mərasiminə qatıldığını deyir: "Qapını açanda polisləri gördüm, qollarımı burub, məni idarəyə gətirdilər".

İdarənin Narkotiklərlə Mübarizə şöbəsinə gətirilən Bayram Kürdəxanlı narkoman olduğunu etiraf etsə də, tiryəklə bağlı iddianı rədd edib: "22 yaşından çəkirəm. Məclislərdə mənə narkotik təkli edirlər ki, təbim gəlsin". 

1984 -ci ildən vərəm xəstəsi kimi qeydiyyatda olan meyxanaçı APA TV-yə vaxtilə ineksiya yolu ilə narkotik qəbul etdiyini, 2004-cü ildən isə tərgitdiyini söyləyib: "Onun ağrıları çox pis olur".

Sabuncu polisindən bildirilib ki, onun barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Faktla bağlı 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə iş başlanıb.