22 yaşlı futbolçu faciəvi şəkildə öldü

22-yasli-futbolcu-facievi-sekilde-oldu
Oxunma sayı: 3167

Braziliyanın “İndependentye” klubunun futbolçusu Kayo Felipe Santos faciəvi şəkildə ölüb.

"Qafqazinfo" xəbər verir ki, 22 yaşlı futbolçu cərəyan vurması nəticəsində dünyasını dəyişib. 

Hadisə Santosun çərpələng uçurduğu vaxt baş verib. Belə ki, braziliyalı futbolçunun uçurduğu çərpələng elektrik naqillərinə dəyib və onu cərəyan vurub.