Rusiyanın “Lokomotiv” futbol klubunun yetirməsi İnnokenti Samoxvalov məşq zamanı ölüb.
"Qafqazinfo" xəbər verir ki, bu barədə Moskva klubunun rəsmi saytı məlumat yayıb.
Məlumata görə, 22 yaşlı müdafiəçi ötən gün fərdi məşq zamanı ölüb. Onun ölümünün təfərrüatları araşdırılır.
Qeyd edək ki, İnnokenti Samoxvalov bu mövsümün əvvəlindən "Lokomotiv"in farm-klubu olan "Kazanka"da çıxış edirdi.
Son xəbərlər
Son Xəbərlər