Ağdaşda bir nəfər su kanalında batıb.
"Qafqazinfo" FHN-in saytına istinadən verdiyi xəbərə görə, rayonun Dəhnəxəlil kəndində 1 nəfərin su kanalında batması barədə məlumat daxil olub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.
***
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Ağdaşda su kanalında batan şəxs 1997-ci il təvəllüdlü Aprin Nurlan Təhməzoğludur. Onun meyiti tapılıb və aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Rəşad Türkoğlu
Son xəbərlər
Son Xəbərlər