22 yaşlı gəncdən on gündür xəbər yoxdur - Foto

22-yasli-gencden-on-gundur-xeber-yoxdur
Oxunma sayı: 3391

Bərdə sakini itkin düşüb.

"Qafqazinfo"nun məlumatına görə, rayonun Hacallı kənd sakini Məmtizadə Elvin Ramiz oğlu ötən ayın 24-də evdən çıxaraq geri qayıtmayıb.

Hadisə ilə bağlı gəncin ailə üzvləri Bərdə rayon Polis Şöbəsinə ərizə ilə müraciət ediblər.

1999-cu il təvəllüdlü E.Məmtizadəni görənlərdən Bərdə rayon  Polis Şöbəsinə, yaxud Daxili İşlər Nazirliyinin 102 qaynar xətt nömrəsinə məlumat vermələri xahiş olunur.

Tural Hüseynli