Goranboyda bıçaqlanma olub.
“Qafqazinfo” Kəpəz TV-yə istinadən xəbər verir ki, rayonun Qaradağlı kənd sakini 22 yaşlı Orxan İmamquliyev bıçaq xəsarətləri ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. Həkimlər xəstəyə döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyublar. Yaralı dərhal əməliyyat edilib.
Hazırda vəziyyəti ağır qiymətləndirilir. Faktla bağlı cinayət işi açılıb. Polis hadisənin kim tərəfindən törədildiyini araşdırır.
Son xəbərlər
Son Xəbərlər