22 yaşlı oğlan itkin düşüb

22-yasli-oglan-itkin-dusub
Oxunma sayı: 2231

Zaqatalada 22 yaşlı oğlan itkin düşüb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə onun atası Telman Mahmudov polisə müraciət edib.

Onun sözlərinə görə, oğlu 2000-ci il təvəllüdlü Qurban Mahmudov yanvarın 21-i yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Qurbanı görənlərdən polisə məlumat vermələri xahiş olunur.