22 yaşlı şahzadə vəfat etdi

22-yasli-sahzade-vefat-etdi
Oxunma sayı: 4998

Lüksemburq şahzadəsi Frederik 22 yaşında vəfat edib.

“Qafqazinfo” “gazeta.ru”ya istinadən xəbər verir ki, bununla bağlı onun valideynləri, Lüksemburq şahzadəsi Robert və Culiya rəsmi açıqlama verib.

Frederik martın 1-də maddələr mübadiləsinə təsir edən nadir genetik xəstəlik olan mitoxondrial xəstəliyindən dünyasını dəyişib.

Qeyd edək ki, ona 14 yaşında mitoxondrial xəstəlik diaqnozu qoyulub. Bu, hüceyrə orqanoidlərinin - mitoxondrilərin disfunksiyası nəticəsində yaranan bir xəstəlikdir.