22 yaşlı veloyürüşçü yarış vaxtı öldü - Polşada

22-yasli-veloyuruscu-yaris-vaxti-oldu
Oxunma sayı: 1285

Belçika veloyürüşçüsü Byorq Lambrext “Polşa turu”nun üçüncü mərhələsində keçirdiyi qəzadan sonra dünyasını dəyişib. “Qafqazinfo” bildirir ki, bu barədə idmançının “Lotto Soudal” komandasının Tvitter hesabında məlumat verilib.

“Bu, Berqin ailəsi, dostları və komanda yoldaşları üçün dəhşətli faciədir. Nur içində yat”, - komandanın paylaşımında qeyd edilib.

“Cyclingnews.com”un məlumatına görə, 22 yaşlı veloyürüşçü yarış zamanı beton drenajlı turbaya çırpılıb. Qəzadan sonra ağır vəziyyətdə xəstəxanaya çatdırılan Lambrextin həyatını xilas etmək mümkün olmayıb.