220-dən çox rusiyalı Azərbaycandan ölkəsinə yola salındı

220-den-cox-rusiyali-azerbaycandan-olkesine-yola-salindi
Oxunma sayı: 2302

Rusiyanın 228 vətəndaşından ibarət qrup Azərbaycandan Dağıstanın Məhərrəmkənd rayonundakı "Yaraq-Qazmalar" beynəlxalq gömrük keçid məntəqəsindən ölkəsinə yola salınıb.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə  Dağıstan Respublikasının milli siyasət və dini məsələlər naziri Enrik Müslümov məlumat verib. O bildirib ki, onlar pandemiya səbəbindən sərhədlər bağlandığından Azərbaycanda qalıblar. Ölkəyə qayıdanların hərarəti ölçülüb və onlar barəsində bütün lazımi prosedurlar yerinə yetirilib. 

228 nəfərdən 15-i Dağıstan sakinləri olub. Digər şəxslər isə ölkənin müxtəlif bölgələrinə yola düşüblər.