“Ölkə ərazisində qar-su ehtiyatlarının müəyyənləşdirilməsi və aprel, may, iyun aylarında (yaz-yay gursululuq dövründə) çaylarda gözlənilən sululuğun proqnozlaşdırılması məqsədilə Milli Hidrometeorologiya Xidmətinin mütəxəssis-hidroloqları tərəfindən ölkənin yüksək dağlıq ərazilərində qarölçmə işləri davam edir”.
Xidmətin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev “Qafqazinfo”ya bildirib ki, Balakən rayonu ərazisində Balakənçayın hövzəsində, dəniz səviyyəsindən 1700-2200 metr yüksəklikdə və Zaqatala rayonu ərazisində Talaçayın hövzəsində, dəniz səviyyəsindən 1800-2000 metr yüksəklikdə ölçmə işləri artıq başa çatıb.
“Hazırda Zaqatala rayonu ərazisindən keçən Katexçayın hövzəsində qarölçmə işləri davam etdirilir”, - A.Verdiyev qeyd edib.



Son xəbərlər
Son Xəbərlər