22,5 milyard kilovat elektrik enerjisi...

225-milyard-kilovat-elektrik-enerjisi
Oxunma sayı: 1206

2015-ci ilin 12 ayı ərzində ölkə enerjisistemində 22,5 milyard kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Azərenerji” ASC-nin mətbuat xidmətinə Səhmdar Cəmiyyətin Mərkəzi Dispetçer İdarəsindən məlumat verilib. Bununla yanaşı, il ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlər ilə elektrik enerjisi mübadiləsi davam etdirilib.

2015-ci ilin dekabr ayında isə istehsal 2 milyard kilovatsaatdan artıq təşkil edib.