23 292 nəfər səsvermədə iştirak edib

23-292-nefer-sesvermede-istirak-edib
Oxunma sayı: 804

Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərdə yekun seçici fəallığı ilə bağlı məlumatları açıqlayıb.

Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, MSK Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov deyib ki, səsverməyə start verilən andan indiyədək həmin dairə üzrə 40 203 seçicidən 23 292 nəfər (57, 9%) səsvermədə iştirak edib.

F.Orucov bildirib ki, səsvermə zamanı qanun pozuntularının olması ilə MSK-nın 115 “Qaynar xətti”nə şikayət daxil olmayıb.