23 yaşlı gənc suda boğuldu

23-yasli-genc-suda-boguldu
Oxunma sayı: 2392

Bakıda dənizdə batan şəxsin meyiti tapılıb.

QafqazinfoFövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonunda dənizdə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 900 metr aralı, nəzarətsiz ərazidə) 1993-cü il təvəllüdlü Mustafayev Məhəmməd Əşrəf oğlunun suda batması haqqında məlumat daxil olub.

Dərhal FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq M.Mustafayevin meyitini sudan taparaq çıxarmış və aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 17.35-də başa çatıb.